​Rusiyada saxta sənədlə avtomobil idarə edən azərbaycanlı saxlanılıb

​Rusiyada saxta sənədlə avtomobil idarə edən azərbaycanlı saxlanılıb Onun barəsində cinayət işi qaldırılıb
Hadisə
31 Oktyabr , 2015 08:33
​Rusiyada saxta sənədlə avtomobil idarə edən azərbaycanlı saxlanılıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiya Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyi Yol Patrul Xidmətinin Cənub-Qərb İnzibati Dairəsi üzrə əlahiddə taborunun əməkdaşları tərəfindən aparılan "Miqrant - 2015" əməliyyatı zamanı 47 yaşlı Azərbaycan əsilli şəxs saxlanılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı polis əməkdaşlarına yoxlamaq üçün bilə-bilə saxta sürücülük vəsiqəsi təqdim edib.

Vəsiqə polis əməkdaşları tərəfindən götürülüb, vətəndaş saxlanılıb.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsi üzrə (Bilərəkdən saxta sənəddən istifadə etmək) cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi