Rusiyada qəza törədən azərbaycanlı həbs edilib

Rusiyada qəza törədən azərbaycanlı həbs edilib Bakı. 25 fevral. REPORT.AZ/ Rusiya Federasiyasının Sankt Peterburq şəhərində ölənlərin və yaralananların olduğu bir avtomobil qəzası ilə əlaqədar azərbaycanlı Murad Qasımov barəsində məhkəmə tərəfindən 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hadisə
25 Fevral , 2019 15:00
Rusiyada qəza törədən azərbaycanlı həbs edilib

Bakı. 25 fevral. REPORT.AZ/ Rusiya Federasiyasının Sankt Peterburq şəhərində ölənlərin və yaralananların olduğu bir avtomobil qəzası ilə əlaqədar azərbaycanlı Murad Qasımov barəsində məhkəmə tərəfindən 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, onun vəkili məhkəmə iclasında M.Qasımovun baş verənlərdən peşman olduğunu bildirib. Vəkil zərərçəkənlərə təzminat ödəmək üçün yaxın zamanlarda əllərindən gələni edəcəklərini bildirib.

Məhkəmədə tərcüməçi ilə təmin edilən M.Qasımov yalnız Rusiya vətəndaşlığı olduğunu qeyd etsə də, iş sənədləri arasında Azərbaycan pasportunun surəti də var.

Son xəbərlər

Orphus sistemi