Rusiyada qətl törədən şəxs Azərbaycanda saxlanılıb

Rusiyada qətl törədən şəxs Azərbaycanda saxlanılıb Rusiyada adam öldürən şəxs Azərbaycanda saxlanılıb.
Hadisə
3 Fevral , 2020 12:07
Rusiyada qətl törədən şəxs Azərbaycanda saxlanılıb

Rusiyada adam öldürən şəxs Azərbaycanda saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan E.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd ov bıçağı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun tanışı K.Babayevin Suraxanı rayonu ərazisində yaşadığı evdə gizlətdiyi nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-58 M” markalı tüfəng və 4 ədəd patron da aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi