Yuxarı
    Bağlamaq

    Rusiyada "qara rieltorlar" dəstəsinə rəhbərlik edən azərbaycanlı beynəlxalq axtarışa verilib

    Zöhrab Qasımov əvvəllər dəfələrlə məhkum olunub

    Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi 2006-2014-cü illərdə Moskva və Smolensk vilayətlərində fəaliyyət göstərən "qara rieltorlar" dəstəsinin işi üzrə istintaqı başa çatdırıb.

    "Report" "İzvestiya"ya istinadən xəbər verir ki, cinayətkar qrupun rəhbərlərindən biri olan əslən azərbaycanlı Zöhrab Qasımov barəsində qiyabi həbs cəzası çıxarılıb və o, beynəlxalq axtarışa verilib.

    İstintaqın versiyasına görə, 20-dən çox üzvü olan dəstə insanların mənzillərini ələ keçirmək üçün onları oğurlayıb və öldürüb.

    İstintaq Z.Qasımov və Mixail Qavrilenkovun başçılıq etdiyi dəstənin üzvlərinin dörd nəfəri öldürdüyün müəyyənləşdirib, daha bir neçə ölüm faktı üzrə araşdırmalar davam etdirilir.

    İş üzrə 13 nəfər həbs edilib, onlardan 11-nin işi məhkəməyə göndərilib. Artıq 4 nəfərə hökm oxunub, 7 nəfərə qarşı cinayət işinə Moskva şəhər Məhkəməsində baxılır. Mütəşəkkil cinayətkar qruplaşmanın digər üzvləri ilə əlaqədar istintaq davam edir.

    Nəşrin yazdığına görə, Z.Qasımov əvvəllər dəfələrlə məhkum olunub. O, 1998-ci və 2001-ci ildə mal-qara oğurluğuna, 2006-cı ildə isə mənzili ələ keçiməklə bağlı fırıldaqçılığa görə həbs edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi