​Rusiyada nadir quş növü ovlayan azərbaycanlı tutulub

​Rusiyada nadir quş növü ovlayan azərbaycanlı tutulub Brokonyer "Xakasski" qoruğu ərazisində saxlanılıb
Hadisə
10 Sentyabr , 2015 08:13
​Rusiyada nadir quş növü ovlayan azərbaycanlı tutulub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabrın 8-də Rusiyanın "Xakasski" qoruğunun əməkdaşları bir azərbaycanlı və iki Suriya vətəndaşını saxlayıblar.

"Report" xəbər verir ki, qoruğun mətbuat xidmətinin məlumatına görə, brokonyerlər Uluq-Kol gölü ərazisində Kamızyak çölündə "Qırmızı kitab"a düşən şahinkimilərə aid quşları tutmaqla məşğul olublar.

Saxlanılan zaman Suriya vətəndaşlarından birinin maşınında şahinlərin tutulması və saxlanılması üçün qurğu, həmçinin canlı tələ hesab edilən göyərçinlər aşkar edilib. Saxlanılan şəxs quş tutmağı planlaşdırdığını, lakin hələ ki, heç bir quş tutmadığını etiraf edib.

Qanun pozucusunu 5 min rublya qədər cərimə gözləyir.

Digər iki brokonyer bir müddət sonra həmin ərazidə saxlanılıb. Qoruq əməkdaşları onların üzərində lələkdən başqa heç nə aşkar etməyiblər. Mühafizəçi hesab edir ki, saxlanılan şəxslər avadanlıqlarını və ov üçün canlı yemlərini üzərilərindən atmağa macal tapıblar. Onlar çöldə itmiş atın axtarışı ilə məşğul olduqlarını bildiriblər. Hazırda onları qoruq ərazisinə qanunsuz olaraq daxil olduqları üçün inzibati məsuliyyət gözləyir.

Son xəbərlər

Orphus sistemi