Rusiyada maşının aşması nəticəsində Azərbaycan vətəndaşı xəsarət alıb

Rusiyada maşının aşması nəticəsində Azərbaycan vətəndaşı xəsarət alıb Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib
Hadisə
1 iyun 2017 03:53
Rusiyada maşının aşması nəticəsində Azərbaycan vətəndaşı xəsarət alıb

Bakı. 1 iyun. REPORT.AZ/ Ötən gecə Rusiyanın Saratov vilayətində baş verən yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb.

"Report" xəbər verir ki, azərbaycanlıya ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib və avtomobil aşıb. Hadisə zamanı, həmçinin iki Qırğızıstan vətəndaşı yaralanıb. Onlardan biri xəstəxanaya yerləşdirilib, digərinin xəsarəti yüngül olduğundan o da ambulator müalicəyə buraxılıb.

Avtomobili onlardan hansının idarə etdiyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi