Rusiyada keçmiş polis rəisinin qətlində şübhəli bilinən azərbaycanlının atası oğlunun alibisini açıqlayıb

Rusiyada keçmiş polis rəisinin qətlində şübhəli bilinən azərbaycanlının atası oğlunun alibisini açıqlayıb Rauf Fətəliyev: "Oğlum heç bir dəfə də onu nəyinsə narahat etdiyini düşünməyə əsas vermirdi"
Hadisə
3 May , 2016 16:52
Rusiyada keçmiş polis rəisinin qətlində şübhəli bilinən azərbaycanlının atası oğlunun alibisini açıqlayıb

Bakı. 3 may. REPORT.AZ/ Rusiya Federasiyası, Samara vilayəti, Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt və onun ailəsini öldürməkdə şübhəli bilinən Roman Fətəliyev hadisə baş verən gün evdə olub.

"Report" xəbər verir ki, bu barədə şübhəli şəxsin atası Rauf Fətəliyev "Life" portalına bildirib.

O, oğlunun heç bir dəfə də onu nəyinsə narahat etdiyini düşünməyə əsas vermədiyini qeyd edib: "Axı iti belə öldürsən, narahatlıq olur. Oğlum isə tam sərbəst, həmişə olduğu kimi idi".

Yeri gəlmişkən, Roman Fətəliyevin bacısı Elmira sorğu-sual vaxtı hüquq-mühafizə orqanlarının əməkdaşlarının ona hədə-qorxu gəldiklərini bildirib.

Qeyd edək ki, aprelin 24-də Sızran rayonunun İvaşevka qəsəbəsində yerləşən mənzildə ikisi kişi, dördü qadın olmaqla, 6 nəfərin meyiti tapılıb. Öldürülənlərdən biri Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt, digərləri isə onun ailə üzvləri olub. Ölümünə qədər A.Qoşt DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Hadisəni törətməkdə şübhəli bilinən 3 Azərbaycan vətəndaşı - Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğlu həbs edilib. Məhkəmə onların barəsində iki aylıq müddətinə həbs qətimkan tədbiri seçib.

Son xəbərlər

Orphus sistemi