Yuxarı

​Rusiyada iki polisə xəsarət yetirən azərbaycanlı güllələnib

23 yaşlı soydaşımız orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakı. 21 mart. REPORT.AZ/ Ötən gecə Sankt-Peterburqun Kalininski rayonu Cinayat Axtarış İdarəsinin əməkdaşları tabel silahı tətbiq edərək silahlı cinayətkarı yaxalayıblar.

“Report” xəbər verir ki, hadisə 20 mart 2015-ci ildə gecə yarısı baş verib.

Məlumata görə, Vavilovıx küçəsində iki polis əməkdaşı növbətçilikdən qayıdarkən köməyə çağırış səsləri eşidiblər və bıçaqla silahlanmış naməlum şəxsin bir kişinin arxasınca qaçdığını görüblər.

Polis əməkdaşları canini tutmuq istəsələr də, o qanun keşikçilərinə fəal müqavimət göstərərək, birinin döş qəfəsi, digərinin isə çiyin nahiyəsinə bıçaq xəsarətləri yetirib.

Polislər tabel silahı tətbiq etməli olublar. Üç xəbərdarlıq atəşinə məhəl qoymayan cani, ayağından vurularaq ələ keçirilib.

Hər iki ayağından yaralanan 23 yaşlı azərbaycanlı Aslan Məmmədov orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarına da tibbi yardım göstərilib.

Peterburqun istintaq orqanları Cinayət Məcəlləsinin 318-ci maddəsi üzrə cinayət işi qaldırıblar.

İndi həmyerlimizi oğurluq etməklə yanaşı polis əməkdaşlarına bədən xəsarətləri yetirməyə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi