Yuxarı

Rusiyada azərbaycanlının yük yerində 1,5 ton kələm olan "Qazel"i oğurlanıb

Hadisə sentyabrın 9-dan 10-na keçən gecə baş verib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sankt-Peterburqun Nevski rayonunda yük yerində ton yarım kələm olan "Qazel" oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə maşının 58 yaşlı Azərbaycan əsilli sahibi məlumat verib.

Onun sözlərinə görə, furqon sentyabrın 9-dan 10-na keçən gecə yoxa çıxıb. Maşın Sedova küçəsi, ev 160-ın qarşısında park edilib. Yük maşınında 1,5 ton baş kələm olub.

Videomüşahidə kameraları oğurluq hadisəsini qeydə alıb. Qeydlərdə furqonun İvanovski küçəsinə, oradan isə Volodarski körpüsü istiqamətində getdiyi müşahidə olunub.

Hazırda dəyən ziyanın məbləği dəqiqləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi