Yuxarı

Rusiyada azərbaycanlının başçılıq etdiyi cinayətkar dəstə yaxalanıb

Faktla bağlı cinayət işi qaldırılıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Rusiyanın Lısva şəhərində narkotiklərə qarşı mübarizə polisi heroin satmaqla məşğul olan narkotik alverçilərini zərərsizləşdirib.

"Report" xəbər verir ki, ümumilikdə cinayətkar qrupun rəhbəri, Azərbaycan vətəndaşı da başda olmaqla, 7 narkotik satıcısı saxlanılıb.

Müəyyən edilib ki, azərbaycanlı iri həcmli heroini Permdə əldə edib və onu satmaq üçün Lısvaya gətirib. O, sonra narkotiki üç ən yaxın narkotik alverçilərinə ötürüb, onlar da öz növbələrində narkotik vasitəni 20-50 qram arası partiyalara bölərək daha xırda satıcılara ötürüb.

Onların saxlanılması prosesi Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişləyinin əməkdaşları ilə birgə aparılıb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi