Rusiyada azərbaycanlını öldürən şəxslər məhkəmə qarşısına çıxarılır

Rusiyada azərbaycanlını öldürən şəxslər məhkəmə qarşısına çıxarılır Rusiyanın Sankt-Peterburq şəhərində 6 nəfər yerli sakin barəsində quldurluq, adam oğurluğu, zərərçəkənin ölümünə səbəb olan sağlamlığa ağır zərər yetirmə maddələri ilə ittihamnamə prokurorluqda təsdiqlənib.
Hadisə
17 Oktyabr , 2019 13:12
Rusiyada azərbaycanlını öldürən şəxslər məhkəmə qarşısına çıxarılır
pexels.com

Rusiyanın Sankt-Peterburq şəhərində 6 nəfər yerli sakin barəsində quldurluq, adam oğurluğu, zərərçəkənin ölümünə səbəb olan sağlamlığa ağır zərər yetirmə maddələri ilə ittihamnamə prokurorluqda təsdiqlənib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, 2018-ci il yanvarın 4-də beş nəfərdən ibarət cinayətkar dəstənin bir ticarət əyləncə mərkəzi yaxınlığında 28 yaşlı azərbaycanlıya hücum edərək maşının yük yerinə atıb, sonra da şəhər kənarına sürüb həmin şəxsi dəyənəklərlə döyüblər. Xəstəxanaya yerləşdirilən azərbaycanlı gənc ertəsi gün dünyasını dəyişib.

Dəstənin daha bir neçə cinayət əməli təsdiq olunub. Müvafiq cinayət işləri məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi