Yuxarı

​Rusiyada azərbaycanlı sürücünü qətlə yetirən şəxs yaxalanıb

Cinayətdə 42 yaşlı azərbaycanlı şübhəli bilinir

Bakı. 29 mart. REPORT.AZ/ Rusiyanın Tver vilayətinin Sovetski rayonunda marşrut taksi sürücüsü olan 29 yaşlı həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən 42 yaşlı azərbaycanlı saxlanılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin məlumatında bildirilir.

Qətl martın 27-si axşam saatlarında törədilib. Marşrut taksi sürücüsü olan 29 yaşlı Azərbaycan vətəndaşının döş və qarın nahiyələrində çoxsaylı bıçaq yaraları olan meyiti sonuncu dayanacaqdan 80 metr aralıda aşkar edilib.

Hadisə şahidlərinin sözlərinə görə, mərhum və qatil avtobusun salonunda mübahisə ediblər, daha sonra sürücü qışqıraraq avtobusdan bayıra qaçıb. Ətrafdakıları köməyə çağıran həmyerlimiz bir neçə on metr qaçdıqdan sonra yerə yıxılıb. O, "təcil yardım" gəlincəyə qədər keçinib.

"Cinayət mərhum və şübhəli qatil arasında şəxsi ədavət zəminində törədilib, onlar əvvəl tanış olublar. Mübahisə zamanı şübhəli şəxs sürücüyə ölümcül xəsarət yetirib", - deyə İstintaq İdarəsinin məlumatında bildirilir.

Saxlanılan şəxsə qarşı Rusiya Federsiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi qaldırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi