Yuxarı

​Rusiyada azərbaycanlı kokain qaçaqmalçılığına görə 9,5 il müddətinə həbs olunub

O, Cənubi Amerikadan Rusiyaya narkotik vasitə gətirilməsində ittiham olunub

Bakı. 3 dekabr. REPORT.AZ/ Sankt-Peterburqun Moskva rayon məhkəməsi Azərbaycan əsilli Tamerlan Qədimovu cəzasını ciddi rejimli müəssisədə çəkmək şərti ilə 9,5 il müddətinə azadlıqdan məhrum edib.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, həmyerlimiz Cənubi Amerikadan Peterburqa qaçaqmalçılıq yolu ilə kokain gətirilməsində ittiham olunub.

Şəhər Prokurorluğundan verilən məlumatına görə, ötən ilin payızında azərbaycanlı Ekvadordan olan diler və əlbir olduğu rusiyalı Mariana İmanayeva ilə qaçaqmalçılıq barədə razılığa gəlib.

Cinayət planına əsasən, qadın Cənubi Amerika ölkələrindən birində olarkən ümumi çəkisi 1,4 kq. olan kokain əldə edib.

O, narkotik vasitəni flakonlarda şəxsi gigiyena vasitələrinin altında gizlədərək, onu baqajında Pulkovo hava limanı vasitəsilə Rusiyaya keçirtməyə cəhd göstərib. Burada onu azərbaycanlı T.Qədimov qarşılayıb. Onlar hava limanının avtodayanacağında Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən yaxalanıblar.

Məhkəmənin bundan əvvəl çıxardığı qərara görə isə, M.İmanayeva cəzasını ümumi rejimli islah müəssisəsində çəkmək şərti ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi