Rusiyada azərbaycanlı gənc yanan evin sakinini xilas edib

Rusiyada azərbaycanlı gənc yanan evin sakinini xilas edib Rusiyanın Nijnevartovski şəhərində 25 yaşlı Şəhriyar Axundov alovun bürüdüyü evin sakinini xilas edib.
Hadisə
15 Avqust , 2019 15:11
Rusiyada azərbaycanlı gənc yanan evin sakinini xilas edib

Rusiyanın Nijnevartovski şəhərində 25 yaşlı Şəhriyar Axundov alovun bürüdüyü evin sakinini xilas edib.

“Report”un Rusiya bürosu xəbər verir ki, ötən gün axşamüstü şəhərin Divnı qəsəbəsində yanan evlərdən birində olan sakini yoldan keçən azərbaycanlı gənc bayıra çıxardıb.

“Hasarın üstündən adlayıb evə girdim, otaqları dolaşıb divanda köməksiz vəziyyətdə qalan bir kişini gördüm. Onu qucağıma alıb bayıra çıxartdım”, – deyə baş verəni nəql edən Şəhriyar əlavə edib.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi