Rusiyada azərbaycanlı gənc meşədə donaraq ölüb

Rusiyada azərbaycanlı gənc meşədə donaraq ölüb Onun meyiti qəsəbə sakinləri tərəfindən meşədə donmuş halda tapılıb
Hadisə
17 Noyabr , 2017 09:43
Rusiyada azərbaycanlı gənc meşədə donaraq ölüb

Moskva. 17 noyabr. REPORT.AZ/ Rusiyanın Amur vilayətinin Şimanovskiy rayonu Saskalinskiy qəsəbəsində azərbaycanlı gənc meşədə donaraq ölüb. 

Yaxınlarının "Report"a verdiyi xəbərə görə, əslən Azərbaycanın Salyan rayonundan olan, Rusiya vətəndaşı 1986-cı il təvəllüdlü Səmədov Aleksey Abdurrəhman oğlunun meyiti qəsəbə sakinləri tərəfindən meşədə donmuş halda tapılıb.

Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb. 

A.Səmədovun həvəskar ovçuluqla məşğul olduğu deyilsə də, meyiti aşkar olunan zaman ov alətləri və ya ov silahı yanında olmayıb. O doğulduğu qəsəbədə dəfn olunub.

Son xəbərlər

Orphus sistemi