Yuxarı

​Rusiyada azərbaycanlı 200 dollar rüşvətə görə 400 min rubl cərimə olunub

Rusiya ərazisindən xaric edilməsini istəməyən əcnəbi, polisə 200 dollar rüşvət vermək istəyib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk vilayətinin Dudinski rayon məhkəməsi rüşvət verməyə cəhddə təqsirli bilinən Azərbaycan Respublikası vətəndaşı barəsində ittiham hökmü çıxarıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Həmyerlimiz Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsi üzrə müqəssir bilinib.

Məhkəmə müəyyən edib ki, Dudinkaya qanunsuz gələn əcnəbi Taymır xətt polis şöbəsi əməkdaşları tərəfindən inzibati protokol tətrib edilməsi üçün saxlanılıb.

"Rusiya ərazisindən xaric edilməsini istəməyən əcnəbi, polisə 200 dollar rüşvət vermək istəyib, lakin hüquq-mühafizə orqanları əməkdaşı onun cinayətkar əməlinin qarşısını alıb", - deyə məlumatda bildirilir.

Məhkəmə həmyerlimizi 383 min 39 rubl məbləğində cərimə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi