Rusiyada Azərbaycandan ekstradisiya olunan bank soyğunçusu mühakimə olunur

Rusiyada Azərbaycandan ekstradisiya olunan bank soyğunçusu mühakimə olunur O, əlbir olduğu şəxslərlə "Sberbank Rossii" bankının saxlancından 11 milyon rubldan çox vəsait oğurlayıb
Hadisə
2 Fevral , 2017 15:00
Rusiyada Azərbaycandan ekstradisiya olunan bank soyğunçusu mühakimə olunur

Bakı. 2 fevral. REPORT.AZ/ Kabarda-Balkar Respublikasında "Sberbank Rossii" bankının yerli filialından pul oğurlayıb Azərbaycana qaçmaqda şübhəli bilinən Rusiya vətəndaşının məhkəməsi gedir.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Yanvarın 31-də ona qarşı ittiham aktı təsdiq olunub. Cinayət işi Rusiya Daxili İşlər Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə İstintaq İdarəsinin qüvvələri tərəfindən araşdırılıb. Beynəlxalq axtarışda olan 42 yaşlı şübhəli şəxsi Azərbaycanda saxlanılıb və beynəlxalq əməkdaşlıq çərçivəsində Rusiyaya ekstradisiya edilib.

Məlumata görə, respublika sakini əlbir olduğu şəxslərlə "Sberbank Rossii" bankının saxlancından 11,407 milyon rubl oğurlayıb.

O, 12 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

Son xəbərlər

Orphus sistemi