​Rusiyada Azərbaycan vətəndaşının qətli ilə bağlı cinayət işinin istintaqı başa çatıb

​Rusiyada Azərbaycan vətəndaşının qətli ilə bağlı cinayət işinin istintaqı başa çatıb İş üzrə təqsirləndirilən şəxs də azərbaycanlıdır
Hadisə
6 İyun , 2016 02:46
​Rusiyada Azərbaycan vətəndaşının qətli ilə bağlı cinayət işinin istintaqı başa çatıb

Bakı. 6 iyun. REPORT.AZ/ Rusiya İstintaq Komitəsinin Kamçatka diyarı üzrə İstintaq İdarəsinin Petropavlovsk-Kamçatski şəhəri üzrə İstintaq şöbəsi tərəfindən 34 yaşlı Azərbaycan vətəndaşına qarşı açılan cinayət işinin istintaqı başa çatdırılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, o, Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə nəzərdə tutulan (İnsan həyatı üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər yetirmə, ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olma) cinayəti törətməkdə ittiham olunur.

İstintaqın fərziyyəsinə görə, bir qrup kişi və qadın 24 mart 2016-ci il tarixində axşam Petropavlovsk-Kamçatski şəhərində "Slavyanski" restoranı yaxınlığında yerləşən qarajda iştirakçılardan biri olan və bir neçə il əvvəl məhz bu tarixdə kliniki ölüm keçirən 48 yaşlı Azərbaycan vətəndaşının "ikinci doğum günü"nü qeyd ediblər. Spirtli içki qəbul etdikdən sonra 34 yaşlı şəxs ilə ag dünü qeyd olunan adam arasında münaqişə baş verib və nəticədə birinci ikincinin döş qəfəsi nahiyəsinə bıçaq zərbəsi endirib.

Zərərçəkən xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq zamanı müqəssir günahını tam olaraq etiraf edib.

Hazırda cinayt işi ittiham qərarının təsdiqlənməsi və sonradan mahiyyəti üzrə məhkəmədə baxılması üçün prokurora göndərilib.

Son xəbərlər

Orphus sistemi