Yuxarı
    Bağlamaq

    Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirən şəxs tutulub

    Hadisə pul üstündə baş verib

    Bakı. 18 noyabr. REPORT.AZ/ Rusiyanın Novqorod vilayətinin Pestovski rayonunda Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxs saxlanılıb.

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.

    Hadisə Ponomaryovo kəndində baş verib. Bıçaq zərbəsi alan azərbaycanlı maşını ilə özünü şəhərə çatdırıb və kömək çağırıb, lakin sonradan keçinib.

    Mənbənin məlumatına görə, dəfələrlə məhkum olunmuş 40 yaşlı kənd sakini yas mərasimi keçirirmiş və bu münasibətlə spirtli içki sifariş verib. Lakin sonradan Azərbaycan vətəndaşı ilə onun arasında qiymətə görə münaqişə yaranıb və bıçaqlanma hadisəsi baş verib.

    Rusiya İstintaq Komitəsinin Novqorod vilayəti üzrə İstintaq İdarəsinin məlumatına görə, o, günahını qismən etiraf edib və adam öldürmək niyyətində olmadığını bildirib.

    Cinayət işinin istintaqı gedir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi