​Rusiyada Azərbaycan vətəndaşı saxlanılıb

​Rusiyada Azərbaycan vətəndaşı saxlanılıb O, federasiya ərazisində qalma rejimini pozub
Hadisə
1 Mart , 2015 10:40
​Rusiyada Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 1 mart. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin Sovetski rayonu üzrə İdarəsinin əməkdaşları tərəfindən aparılan operativ-profilaktik tədbirlər çərçivəsində Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü vətəndaşın sənədlərinə baxış zamanı onun miqrasiya qanunvericiliyini pozduğu aşkar edilib.

Həmyerlimiz faktla bağlı inzibati məsuliyyətə cəlb edilib və Sovetski rayon məhkəməsinin qərarı ilə Rusiya ərazisindən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi