Rusiyada avtomobil qaçıran Azərbaycan vətəndaşı tutulub

Rusiyada avtomobil qaçıran Azərbaycan vətəndaşı tutulub Hadisə Kazanda baş verib
Hadisə
9 İyun , 2017 01:57
Rusiyada avtomobil qaçıran Azərbaycan vətəndaşı tutulub

Bakı. 9 iyun. REPORT.AZ/ Tatarıstan Respublikasının Kazan şəhərində avtomobili içkili vəziyyətdə idarə edən Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" "Tatar-inform"a istinadən xəbər verir ki, hadisə iyunun 8-i axşam saatlarında Yamaşev küçəsi, ev 92 yaxınlığında qeydə alınıb.

"VAZ-2114" markalı avtomobilə baxış zamanı maşının sol şüşəsinin qırıq olduğu, həmçinin maşını işəsalma açarının naqillərinin birbaşa qoşulduğu məlum olub.

Şəxsiyyəti hələ ki, məlum olmayan kişinin sənədləri də üzərində olmayıb.

Azərbaycan vətəndaşı məsələnin araşdırılması üçün polis bölməsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi