Şəmkir. 13 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasında (RF) qəsdən adam öldürməyə görə axtarışa verilən şəxs Azərbaycanda tutulub.
"Report"un Qərb bürosunun verdiyi xəbərə görə, RF-nin Sankt-Peterburq şəhərində Bahar Pirqələmovanın əri Ramiz Əsgərov tərəfindən qətlə yetirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əsgərov tutulub.
Faktla bağlı araşdırmalara başlanılıb.