​Rusiyada ailə quran Azərbaycan vətəndaşının nikahı ləğv edilib

​Rusiyada ailə quran Azərbaycan vətəndaşının nikahı ləğv edilib Yoxlamalar göstərib ki, nikah ailə qurmaq niyyəti ilə bağlanmayıb
Hadisə
27 Yanvar , 2015 03:56
​Rusiyada ailə quran Azərbaycan vətəndaşının nikahı ləğv edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiyanın Krasnoarmeysk rayon məhkəməsi Federal Miqrasiya Xidmətinin Çuvaş Respublikası üzrə İdarəsinin əməkdaşlarının iştirakı ilə aparılan miqrasiya qanunvericiliyinə riayət olunması üzrə yoxlama zamanı Rusiya və xarici ölkə vətəndaşı arasında saxta nikahın qeydiyyatı faktı aşkar edilib.

"Report"un məlumatına görə, müəyyən edilib ki, 2013-cü ilin dekabrında hökumət tərəfindən təsdiq edilmiş kvota nəzərə alınmadan, Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazə almaq, həmçinin sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı əldə etmək məqsədilə 36 yaşlı yerli sakin və 23 yaşlı Azərbaycan vətəndaşı nikaha daxil olub.

Yoxlamalar göstərib ki, nikah ailə qurmaq niyyəti ilə bağlanmayıb. Sözügedən vətəndaşlar nikahdan əvvəl və sonra bir yerdə yaşamayıblar.

Rayon prokurorluğu bununla əlaqədar olaraq məhkəməyə sözügedən vətəndaşlar arasında bağlanan nikahın saxta hesab edilməsinə dair iddia ərizəsi göndərib və Krasnoarmeysk rayon məhkəməsinin qərarı ilə prokurorluğun iddia tələbi təmin edilib.

Son xəbərlər

Orphus sistemi