Yuxarı

​Rusiyada ağır cinayət törətməkdə şübhəli bilinən azərbaycanlı axtarışa verilib - FOTO

Onun haqqında informasiya verənə mükafat vəd olunub

Bakı. 9 avqust. REPORT.AZ/ Rusiyanın Kirov vilayətində ağır cinayət törətməkdə şübhəli bilinən 28 yaşlı şəxs axtarışa verilib.

"Report" xəbər verir ki, bu barədə Rusiyada Daxili İşlər Nazirliyinin Kirov vilayəti üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan əsilli Tural Şahin oğlu Əlirzayev qəsdən sağlamlığa ağır zərər yetirməkdə (Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi) şübhəli bilinir. O, istintaqla əməkdaşlıqdan imtina edib və hüquq-mühafizə orqanlarından gizlənib. Azərbaycanlını 2 saylı şəhər Polis şöbəsinin əməkdaşları axtarışa veriblər.

Kirov polisindən bildirilib ki, onun harada olması barədə məlumat verən şəxs mükafatlandıralacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi