Yuxarı
    Bağlamaq

    ​Rusiyada 20 il əvvəl qətl törətmiş azərbaycanlı tutulub

    O, tanışı ilə birgə yerli sakini bıçaqlayaraq qətlə yetirib

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyası İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsi tərəfindən 1994-cü ilin dekabrında yerli xanım sakinin qətlə yetirilməsi faktı ilə bağlı qaldırılan cinayət işinin istintaqı davam etdirilir.

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayətin açılması üzrə aparılan planlı iş nəticəsində sözügedən qətlin törədilməsində iştirak edən şəxs müəyyən edilərək saxlanılıb.

    Bu, vətəndaşlığı olmayan 45 yaşlı azərbaycanlıdır. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 103-cu maddəsi üzrə (qətl) ittiham irəli sürülüb.

    İstintaqın məlumatına görə, 1994-cü ilin dekabr ayında Ulyanovsk şəhərinin Zasviyajski rayonunun Şiqayeva küçəsində olan müttəhim öz tanışı ilə birgə yerli sakini bıçaqlayaraq qətlə yetirib. Daha sonra onlar hadisə yerindən qaçaraq Ulyanovsk vilayətini tərk ediblər və Rusiyanın digər subyektinə gediblər. Cinayəti törədənlərdən biri orada saxlanılıb. Cinayətin digər iştirakçısı axtarışdadır.

    Hazırda törədilən cinayətin bütün təfərrüatlarının öyrənilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri görülür. Müstəntiqin vəsatəti əsasında saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinin istintaqı davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi