Rusiyada 15 il əvvəl həmyerlisini öldürən Azərbaycan vətəndaşına cəza verilib

Rusiyada 15 il əvvəl həmyerlisini öldürən Azərbaycan vətəndaşına cəza verilib Bakı. 4 iyul. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk vilayətində 50 yaşlı Azərbaycan vətəndaşı 15 il əvvəl törədilmiş qətldə təqsirli bilinir.
Hadisə
4 İyul , 2018 16:46
Rusiyada 15 il əvvəl həmyerlisini öldürən Azərbaycan vətəndaşına cəza verilib
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk vilayətində 50 yaşlı Azərbaycan vətəndaşı 15 il əvvəl törədilmiş qətldə təqsirli bilinir.  

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Məhkəmə onu günahkar bilərək 8 il 10 ay müddətinə azadlıqdan məhrum edib. 

Rusiya İstintaq Komitəsinin məlumatına görə, 2003-cü ilin iyul-avqust aylarında tikintidə spirtli içki qəbul edən Azərbaycan vətəndaşları öz aralarında mübahisə ediblər və nəticədə onlar həmyerlilərindən birini döyərək suya atıblar, sonra isə şəhəri tərk ediblər. 

Ölən şəxsin meyiti bir neçə gün sonra tapılsa da, onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 

Bildirilir ki, cinayət törətmiş şəxslərdən biri Azərbaycana dönüb, o birisi isə Norilsk şəhərinə gedib və orada narkotik maddələrin qanunsuz dövriyyəsinə görə mühakimə edilib. 

Digər təqsirləndirilən şəxs istintaq orqanlarından Azərbaycan ərazisində gizlənir. O, federal axtarışa verilib. 

Son xəbərlər

Orphus sistemi