Yuxarı

​Rusiyada 15 azərbaycanlının qeydiyyata alındığı "rezin" mənzil aşkar edilib

Faktla bağlı cinayət işinin qaldırılması məsələsinə baxılır

Bakı. 12 Avqust. REPORT.AZ/ Volqoqradın Dzerjinski rayonunda 15 miqrantın qeydiyyata alındığı "rezin" mənzil aşkar edilib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fakt aparılan profilaktik tədbirlər zamanı üzə çıxıb.

Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, faktla bağlı cinayət işinin qaldırılması məsələsinə baxılır.

Müəyyən edilib ki, 46 yaşlı qadın 15 Azərbaycan vətəndaşını öz mənzilində miqrasiya uçotuna alıb. Qeydiyyat cari ilin may-iyul ayları ərzində baş verib. Qeyd olunur ki, Volqoqrad sakini azərbaycanlılardan əvəzində pul alıb. Azərbaycan vətəndaşları faktiki olaraq qeydiyyatda olduqları yerdə yaşamayıblar və hazırda onların Rusiya ərazisində olduğu yer müəyyən edilir.

Faktla bağlı cinayət işi qaldırılacağı təqdirdə 46 yaşlı qadın 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi