Rusiya vətəndaşı Bakı aeroportunda külli miqdarda narkotik qaçaqmalçılığına görə saxlanılıb

Rusiya vətəndaşı Bakı aeroportunda külli miqdarda narkotik qaçaqmalçılığına görə saxlanılıb Hazırda onun RF ərazisinə ekstradisiyası haqqında məsələyə baxılır
Hadisə
31 Oktyabr , 2014 12:14
Rusiya vətəndaşı Bakı aeroportunda külli miqdarda narkotik qaçaqmalçılığına görə saxlanılıb
Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı Hava Limanında külli miqdarda sintetik narkotiklərin qaçaqmalçılığında təqsirləndirilən Tümen vilayətinin sakini saxlanılıb. Bu barədə "Report" RF Tümen vilayəti üzrə DİN-in mətbuat xidmətinə istinadən xəbər verir. 

Qurumdan verilən məlumata görə, beynəlxalq axtarışda olan şəxs Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tutulub. O külli miqdarda qadağan olunan maddələrin qaçaqmalçılığında ittiham olunur.

Hazırda onun RF ərazisinə ekstradisiyası məsələsinə baxılır.

Son xəbərlər

Orphus sistemi