Yuxarı
    Bağlamaq

    Rusiya vətəndaşı Bakı aeroportunda külli miqdarda narkotik qaçaqmalçılığına görə saxlanılıb

    Hazırda onun RF ərazisinə ekstradisiyası haqqında məsələyə baxılır

    Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı Hava Limanında külli miqdarda sintetik narkotiklərin qaçaqmalçılığında təqsirləndirilən Tümen vilayətinin sakini saxlanılıb. Bu barədə "Report" RF Tümen vilayəti üzrə DİN-in mətbuat xidmətinə istinadən xəbər verir. 

    Qurumdan verilən məlumata görə, beynəlxalq axtarışda olan şəxs Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tutulub. O külli miqdarda qadağan olunan maddələrin qaçaqmalçılığında ittiham olunur.

    Hazırda onun RF ərazisinə ekstradisiyası məsələsinə baxılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi