Rusiya sərhədini qanunsuz keçən üç Azərbaycan vətəndaşına 10 aylıq həbs cəzası verilib

Rusiya sərhədini qanunsuz keçən üç Azərbaycan vətəndaşına 10 aylıq həbs cəzası verilib Bakı. 29 oktyabr. REPORT.AZ/ Bryansk vilayətinin Zlınkovsk rayonunda Rusiya dövlət sərhədini qanunsuz keçən üç Azərbaycan vətəndaşı barəsində 10 aylıq həbs qətimkan tədbiri seçilib.
Hadisə
29 Oktyabr , 2018 12:54
Rusiya sərhədini qanunsuz keçən üç Azərbaycan vətəndaşına 10 aylıq həbs cəzası verilib
0 : 00
0 : 00

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bryansk vilayətinin Zlınkovsk rayonunda Rusiya dövlət sərhədini qanunsuz keçən üç Azərbaycan vətəndaşı barəsində 10 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Belə ki, 2018-ci ilin aprel ayında əvvəllər Rusiyaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşları ölkəyə daxil olmağa çalışıblar və sərhəddə dayanmamaları üçün fərqli məlumatların olduğu yeni pasportlar əldə ediblər. Onlar təyyarə ilə Belarusa gəliblər və maşınla Zlınkovsl rayonundakı Krasnıy Kamen kəndindəki stasionar nəzarət məntəqəsindən keçməyə çalışıblar, amma sərhədçilər onları saxlayıb.

Qanunsuz miqrantlar barəsində dövlət sərhədini qanunsuz keçdiklərinə görə cinayət işi açılıb. Məhkəmə hər üç Azərbaycan vətəndaşını törətdikləri cinayət işi ilə təqsirli bilib və onları cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 aylıq həbs cəzasına məhkum edib.

Son xəbərlər

Orphus sistemi