Bakı. 27 noyabr. REPORT.AZ/ Rusiya Federasiyası Ali Məhkəməsi Azərbaycan vətəndaşı Orxan Zeynalovun barəsində aşağı instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Bu barədə "Report" "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.
Məhkəmə hökmün qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin rədd edilməsini qərara alıb.
Xatırladaq ki, bu il iyulun sonlarında Moskva Şəhər Məhkəməsi Orxan Zeynalovu Moskva sakini Yeqor Şerbakovun qətlində günahkar sayaraq, onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il azadlıqdan məhrum edib.