"Royal Bank" ASC-nin sabiq filial müdiri Ali Məhkəməyə müraciət edib

"Royal Bank" ASC-nin sabiq filial müdiri Ali Məhkəməyə müraciət edib İşə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq
Hadisə
1 Noyabr , 2016 09:15
Royal Bank ASC-nin sabiq filial müdiri Ali Məhkəməyə müraciət edib

Bakı. 1 noyabr. REPORT.AZ/ Mənimsəmədə ittiham olunan lisenziyası ləğv edilmiş "Royal Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Paytaxt" filialının sabiq müdiri Anar Həşimov barəsində olan hökmdən kassasiya şikayəti verib.

“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas noyabrın 2-nə təyin edilib.

İşə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittiham aktına görə, "Royal Bank" ASC -nin "Paytaxt" filialının sabiq müdiri A.Həşimov depozit müqaviləsinə əsasən Yusif Abdullayev tərəfindən xəzinə mədaxil orderi ilə filiala əmanət qismində təhvil verilmiş pul üzrə əməliyyat aparılarkən əmanətçinin xəbəri olmadan xəzinə məxaric orderində sonuncunun imzasını saxtalaşdırıb, əmanətçinin 50 min 259 manat əmanət və faiz pulunu filialın xəzinəsindən qanunsuz olaraq götürüb.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Həşimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmədə hökm dəyişdirilmədən saxlanılıb. Məhkum bu dəfə kassasiya şikayəti verib.

Xatırladaq ki, İran mənşəli ABŞ vətəndaşı Əli Camın əsas səhmdarı olduğu “Royal Bank” ləğv edilib. Mərkəzi Bankın məlumatına görə, bu qərar bankın məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyi üçün verilib.

Son xəbərlər

Orphus sistemi