Yuxarı

Rövşən Lənkəranskinin cənazəsi Türkiyədən Azərbaycana gətirilib - FOTO - VİDEO

Bütün rayonlarından 2 minə yaxın insan cənazəni qarşılamağa gəlib

Lənkəran. 19 avqust. REPORT.AZ/ Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilib.

Bu barədə "Report"un Lənkəran şəhər hava limanında olan əməkdaşı məlumat verib.

İstanbul-Lənkəran xüsusi reysi ilə yola çıxan təyyarə Bakı vaxtı ilə saat 00:00-da Lənkəran şəhər hava limanına eniş edib. Azərbaycanın bütün rayonlarından 2 minə yaxın insan cənazəni qarşılamağa gəlib. Bu səbəbən Lənkəranın Kərgəlan kənd dairəsindən Gərmətük qəsəbəsi dairəsinə qədər olan yolda avtomobillərin sıxlığı yaranıb və hərəkət məhdudlaşıb.

R.Lənkəranski avqustun 19-da Lənkəran şəhər, Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında torpağa tapşırılacaq.

İnsident avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində baş verib. R.Lənkəranski şəhərin Barbaros bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak edib və “90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. R.Lənkəranski və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər naməlum istiqamətdə qaçıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi