"Riyad" Mühafizə Xidmətinin həbsdə olan əməkdaşı məhkəmədə ifadə verib

"Riyad" Mühafizə Xidmətinin həbsdə olan əməkdaşı məhkəmədə ifadə verib Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib
Hadisə
17 Oktyabr , 2017 16:25
Riyad Mühafizə Xidmətinin həbsdə olan əməkdaşı məhkəmədə ifadə verib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Binəqdi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları - Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Savalan Məhərrəmov ifadə verib.

Hazırda həbsdə olan S.Məmmədov "Riyad" Mühafizə Xidmətinin əməkdaşı olduğunu, hadisə zamanı həmin obyektdə mühafizəni təşkil etdiklərini bildirib. S.Məmmədov qəflətən dava düşdüyünü söyləyib. O, həmin zaman heç bir zorakılıq etmədiyini söyləyib: "Biz çalışmışıq ki, orada olanları sakitləşdirək. Heç kəsə də zorakılıq etməmişəm".

Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, bu il iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi, 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.

İlkin məlumata görə, bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı 13 nəfər - Azadxan Xanməmmədov, Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayev saxlanılaraq istintaqa cəlb olunub. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərin barəsində isə polisin nəzarəti altına verilməklə qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb.

Son xəbərlər

Orphus sistemi