Mingəçevirdə yetkinlik yaşına çatmayanlara tütün məmulatları və alkoqollu içkilərin satışı ilə bağlı reyd keçirilib - FOTO - VİDEO

Mingəçevirdə yetkinlik yaşına çatmayanlara tütün məmulatları və alkoqollu içkilərin satışı ilə bağlı reyd keçirilib - FOTO - VİDEO Mingəçevir. 28 dekabr. REPORT.AZ/ Mingəçevir polisi yetkinlik yaşına çatmayanlara tütün məmulatları və alkoqollu içkilər satan qanun pozucularına qarşı reyd keçirib.
Hadisə
28 Dekabr , 2018 02:45
Mingəçevirdə yetkinlik yaşına çatmayanlara tütün məmulatları və alkoqollu içkilərin satışı ilə bağlı reyd keçirilib - FOTO - VİDEO
Foto: "Report"

Mingəçevir. 28 dekabr. REPORT.AZ/ Mingəçevir polisi yetkinlik yaşına çatmayanlara tütün məmulatları və alkoqollu içkilər satan qanun pozucularına qarşı reyd keçirib.

"Report"un Şirvan bürosu xəbər verir ki, gün ərzində davam edən reyd zamanı yetkinlik yaşına çatmayan şəhər sakinlərinə alkoqollu içkilər və tütün məmulatları satan ticarət köşkləri və marketlər aşkarlanıb.

Reyd zamanı qanun pozucusu olduğu aşkarlanan bəzi obyekt sahibləri qanuna zidd davranışlarına müxtəlif bəhanələrlə əsas gətirməyə çalışaraq, bunu guya müştərilərin yaşını müəyyən etməkdə çətinlik çəkmələri ilə əsaslandırıblar. Buna baxmayaraq, onlar polisin inzibati tədbirlərindən yayına bilməyiblər. Qanunun tələblərinə riayət etməyənlərə qarşı müvafiq cərimələr tətbiq edilib.

Reyd iştirakçıları həmçinin bir sıra çayxanalara da baxış keçirib. Bu zaman bir qrup şəxsin qapalı şəraitdə tütün məmulatlarından istifadə etməsi aşkarlanıb. Onlara və obyekt sahiblərinə maarifləndirici xarakterli xəbərdarlıq edilərək, belə halların yolverilməz olduğu bildirilib.

Daha əvvəl Mingəçevirdə reyd zamanı qaydaları pozan onlarla sürücü və piyada cərimələnib.

Son xəbərlər

Orphus sistemi