Rəsul Cəfərovun kassasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub

Rəsul Cəfərovun kassasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub Təşkilat sədri özü də məhkəmədə iştirak edib
Hadisə
16 Fevral , 2016 11:25
Rəsul Cəfərovun kassasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə həbsdə olan İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, R.Cəfərovun kassasiya şikayəti təmin edilməyib.

R.Cəfərovun özü də məhkəmədə iştirak edib.

Qeyd edək ki, R.Cəfərov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilib.

O, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan hüquq müdafiəçisi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb.

Son xəbərlər

Orphus sistemi