Rəşad Dağlıya cəza verildi

Rəşad Dağlıya cəza verildi O, növbəti dəfə karantini pozub
Hadisə
20 Aprel , 2021 18:12
Rəşad Dağlıya cəza verildi
Rəşad Dağlı

Tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov Rəşad Vaqif oğlu) növbəti dəfə karantini pozub.

“Report”un xəbərinə görə, aprelin 19-da Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, məclisdə meyxanaçı Rəşad Dağlı da iştirak edib.

R.Dağlı və onun dostları karantin qaydalarını pozduqları üçün ümumilikdə 82 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, Rəşad Dağlı ötən ilin avqust ayında da karantin qaydalarını pozduğu üçün cərimələnmişdi. O, avqustun 29-da Binəqədi rayonu, Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində iştirak etmişdi.

Son xəbərlər

Orphus sistemi