Rejissor Arif Qazıyevin səhhətində problem yarandığı üçün məhkəməyə gələ bilməyib

Rejissor Arif Qazıyevin səhhətində problem yarandığı üçün məhkəməyə gələ bilməyib Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
18 Oktyabr , 2018 16:04
Rejissor Arif Qazıyevin səhhətində problem yarandığı üçün məhkəməyə gələ bilməyib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində Abdulla Abuzərli ifadə verib.

O, təqsirləndirilən şəxsin tanışı olduğunu bildirib: "Zərərçəkmiş İxtiyar Həsənov mənə zəng edib görüşmək istədiyini dedi. Görüş zamanı söylədi ki, Əziz müəllim onu aldadıb. Sonra o, mənim Əziz müəllimin üzünə durmağım üçün 25 min manat pul vəd etdi. Lakin mən onunla razılaşmadım, bundan imtina etdim. İxtiyarı mənimlə sinif yoldaşım tanış edib. Arif Qazıyev bildiyim qədər torpağını İxtiyara satıb. Bu barədə başqa məlumatım yoxdur".

Zərərçəkmiş İxtiyar Həsənov şahidin yalan danışdığını qeyd edib: "Mən bu adamı Arif Qazayevin çalışdığı yerin yaxınlığında görüşmüşəm. Xanoğlan müəllimlə məni bu şəxs tanış edib. Sonra Abdulla, Arif Qazıyev və mən Əziz müəllimin ofisində görüşmüşük".

A.Abuzərli isə İ.Həsənovun dediklərini yalan adlandırıb və o söyləyib ki, Ə.Əbdüləzizin ofisində olanda İ.Həsənov orada olmayıb.

A.Abuzərli vurğulayıb ki, 2011-ci ildə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevlə birlikdə çalışıb.

Məhkəmədə elan olunub ki, A.Qazıyevin səhhətində problem var. O, xəstə olduğu üçün məhkəməyə gələ bilməyib.

Proses oktyabrın 25-dək təxirə salınıb.

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.

Son xəbərlər

Orphus sistemi