Rejissor Arif Qazıyevin adının keçdiyi 325 min manatlıq dələduzluq işində təqsirləndirilən şəxs ifadə verib

Rejissor Arif Qazıyevin adının keçdiyi 325 min manatlıq dələduzluq işində təqsirləndirilən şəxs ifadə verib Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
27 Sentyabr , 2018 12:04
Rejissor Arif Qazıyevin adının keçdiyi 325 min manatlıq dələduzluq işində təqsirləndirilən şəxs ifadə verib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, zərərçəkmiş İxtiyar Həsənovu onunla Azərbaycanda televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev tanış edib: "Sonra mənə məlum odu ki, İxtiyar bir neçə cinayət əməli törədib. Cinayət işini aparan müstəntiq Emil Muxtarov mənə zəng etdi. Həmin vaxt həyat yoldaşımın səhhəti yaxşı deyildi. Ona görə də istintaq idarəsinə getmədim. Mən heç vaxt nə polis, nə də məhkəmə görmüşəm. Azərbaycan dövlətinə böyük xidmətlər göstərmişəm".

Ə.Əbdüləziz dindirilmə zamanı deyib ki, zərərçəkmiş İ.Həsənov onun barəsində polisə şikayət edərkən soyadını düz yazmayıb: "Bu adam mənim soyadımı düz yaza bilmirsə, hansı cinayətdən söz gedə bilər? Zərərçəkmişin dedikləri yalandı. Arif Qazıyev atamın ildönümündə xahiş etdi ki, İxtiyar mühəndisdir, ona kömək edim. Ariflə neçə il bir yerdə çörək kəsmişəm. Ona söz vermədim, dedim ki, baxaram. İxtiyar hansısa bir inşaat layihəsində bir iştirakçı olacaqdı".

Dövlət ittihamçısı deyib ki, A.Qazıyev istintaqa verdiyi ifadəsində bu işə görə 10 min manat pul aldığını söyləyib.

Ə.Əbdüləziz isə A.Qazıyevin verdiyi ifadəsi barədə heç bir məlumatının olmadığını qeyd edib: "Yenə deyirəm, bu, İxtiyarın mənə qarşı iftirasıdır. İxtiyar mənə şirinlik üçün 25 min manat pul gətirmişdi. Həmin pulu da onun başına vurub, geri göndərdim Bu, kiminsə sifarişidir. Amma bilmirəm bu adam kimdir. Mənim özümün 100 min dəyərində maşınlarım olub. İxtiyar həmişə iş adı ilə zəng edib. Lakin ona həmişə "yox" cavabı vermişəm".

Məhkəmənin növbəti iclası oktaybrın 4-nə təyin edilib.

İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.

Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd "TIR" tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb.

Elan olunmuş ittim üzrə özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçir.

Son xəbərlər

Orphus sistemi