Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Bakı
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili ötən iclasda "Azercell" tərəfindən verilən arayışda yanlışlıqların olduğunu və həmin şirkətin mütəxəssinin məhkəmədə dindirilməsini tələb edib.
Vəkil bildirib ki, sorğuya gələn cavabda 2293 yerli, 240 rouminq danışıqlarının olduğu qeyd edilib: "Biz həmin danışıqların vaxtlarına nəzər yetirdik və 570 zəngdə şübhəli məqamlar var. Eyni saniyədə zənglər var. Bu səbəbdən şirkətin mütəxəssisi məhkəmədə dindirilməlidir".
Təqsirləndirilən Ə.Əbdüləziz isə söyləyib ki, zərərçəkmiş İxtiyar Həsənova heç vaxt zəng etməyib.
Daha sonra təqsirləndirilən şəxs vəsatət qaldıraraq məhkəmə həyətinə etiraz edib. O bildirib ki, cinayət işini hakimlər düzgün araşdırmırlar.
Vəsatət baxılmamış saxlanılıb.
Məhkəmə prosesi dekabrın 17-də davam etdiriləcək.
İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.
Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb.
Ə.Əbdüləziz elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.