Yuxarı

Regionlarda karantin rejimini pozan vətəndaşlar cərimələnirlər

​Regionlarda karantin rejimini pozan vətəndaşlar cərimələnirlər

341

Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan gücləndirilmiş karantin rejiminə regionlarda yaşayan bəzi vətəndaşlar tərəfindən əməl olunmur və onlar polislər tərəfindən qanuna müvafiq qaydada cərimələnirlər.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayonunda polis əməkdaşları 5 vətəndaşı karantin rejimini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211 maddəsi ilə 100 manat məbləğində cərimə edib.

Zərdab rayonunda isə karantin rejimini pozan 8 nəfər 100 manat cərimələnib. Hazırda hər iki rayonda polis əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi