ReAl Milli Şuranın ittihamlarına cavab verib

ReAl Milli Şuranın ittihamlarına cavab verib “ReAl Partiyanın funksionerlərini Brüsselə dəvət edən, səfəri təşkil edən beyin mərkəzi olub. Texniki dəstəyi isə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi göstərib”.
Hadisə
18 Aprel , 2019 14:37
ReAl Milli Şuranın ittihamlarına cavab verib

“ReAl Partiyanın funksionerlərini Brüsselə dəvət edən, səfəri təşkil edən "beyin mərkəzi" olub. Texniki dəstəyi isə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi göstərib”.

“Report”un xəbərinə görə, bunu ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli ittihamlara cavab verərkən deyib.

O qeyd edib ki, texniki dəstək görüşlərin nizamlanması üçün olub: “Azı 10 dəfə bunu demişəm. Bunu yenidən yazmaqla nəyi sübut etmək istəyirlər, anlamıram”.

O, ReAl-a qarşı olan ittihamlarla razılaşmadığını vurğulayıb: "Təsəvvür edin ki, ReAl mövqeyini 360 dərəcə dəyişib" deyənlər hakimiyyətə gəlmək istəyirlər...".

Avropa İttifaqının sözçüsü Adam Kaznovski isə bildirib ki, Avropa İttifaqı ReAl nümayəndələrini nə Brüsselə dəvət, nə də onların səfərinə sponsorluq edib.

Xatırladaq ki, Milli Şuranın üzvləri ReAl funksionerləri - Natiq Cəfərlinin və Erkin Qədirlinin Brüsseldə Azərbaycan hökumətinin atdığı addımları dəstəklədiyini iddia edirlər. MŞ üzvləri səfərin hökumət tərəfindən təşkil edildiyini bildirirlər.

Son xəbərlər

Orphus sistemi