Rayonlara gedən sürücülər geri qaytarıldı - FOTO - VİDEO

Rayonlara gedən sürücülər geri qaytarıldı - FOTO - VİDEO Bakı-Quba-Rusiya sərhədi yolunda quraşdırılan karantin postunun yeri dəyişdirilib.
Hadisə
18 İyun , 2020 23:38
Rayonlara gedən sürücülər geri qaytarıldı - FOTO - VİDEO

Bakı-Quba-Rusiya sərhədi yolunda quraşdırılan karantin postunun yeri dəyişdirilib.

Bu barədə “Report”a nəqliyyat eksperti Elməddin Muradlı məlumat verib.

O bildirib ki, hazırda post yolun 52-ci kilometrliyində qurulub və burada sürücülərin yoxlanılması prosesi daha intensiv davam etdirilir. Postda yaradılan şəraitdən sonra artıq, sürücülərin torpaq yolla bu ərazidən keçməsi də məhdudlaşdırılıb:

“Biz karantin postunda olduq və buradakı vəziyyəti müşahidə etdik. Məlum oldu ki, posta Bakıdan ayrı-ayrı rayonlar istiqamətində gedənlərin çoxluğu ilə əlaqədar olaraq yenə də tıxac müşahidə edilir. 

Bununla yanaşı, hərəkət edənlərin əksəriyyətinin icazə sənədi yoxdur. Bu səbəbdən Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının birinci və ikinci tağımının, eləcə də Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, eyni zamanda post patrul xidməti və Daxili Qoşunların hərbi qulluqçularının nəzarəti altında həmin sürücülərin əksəriyyəti geri qaytarılır. Bəzi sürücülər isə avtomobili postun ərazisində saxlayaraq icazə sənədlərini və yaxud rayon qeydiyyatı olmaları ilə bağlı sənədləri tapıb təqdim etməyə çalışırlar”. 

Hazırda Bakı istiqamətində hərəkət intensivliyi yoxdur. Az sayda avtomobil müşahidə edilir. Amma Bakıdan rayonlara güclü axın var. Quba istiqamətində demək olar ki, 1 km-ə yaxın tıxac yaranıb. Buna baxmayaraq polis əməkdaşları vətəndaşların sənədlərini bir-bir yoxlayır və onlara icazələrinin olub-olmaması ilə bağlı göstəriş verərək, postdan keçmələrinə imkan yaradır. 

“İcazəsi olmayanlar geri qaytarılır. Həmçinin tibbi maskası olmayan sürücülərə yol polisləri tərəfindən maskalar təqdim olunur. Yol Patrul Xidməti Alayının ikinci tağımının komandiri, polis kapitanı Süleyman Əliyev özü də prosesdə iştirak edərək sürücülərə qoruyucu maska paylayır”, - E.Muradlı əlavə edib. 

Onun sözlərinə görə, yük maşınları üçün ayrıca zolaq yaradılıb: “Bəzi minik avtomobillərinin sürücüləri həmin zolağa daxil olaraq yük maşınlarının hərəkətini məhudlaşdırırlar. Belə sürücülər də cəzasız qalmır. Xüsusi karantin rejimini pozduqları üçün bu gün postda təxminən 20-30 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinə uyğun olaraq protokol tətbiq edilib”. 

Son xəbərlər

Orphus sistemi