Yuxarı

​Rauf Mirqədirovun məhkəməsi təxirə salınıb

Proses dekabrın 25-də davam etdiriləcək

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı proses dekabrın 25-dək təxirə salınıb.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışında Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror hakimdən jurnalistin işinə Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngüləşdirilməsini istəyib.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi