Yuxarı

​Rauf Mirqədirovun məhkəməsi təxirə salınıb

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı olub

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmənin növbəti prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayəti vermək üçün müddət bitmədiyindən proses təxirə salınıb.

Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi