Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib

Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib Növbəti proses dekabrın 9-na təyin olunub
Hadisə
2 Dekabr , 2015 12:15
Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı şəraitdə baş tutub. Prosesdə bir neçə şahid ifadə verib.

Növbəti proses dekabrın 9-da keçiriləcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi