Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə R.Mirqədirov son söz deyib. O, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmə qeyri-müəyyən müddətədək təxirə salınıb.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışında Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror hakimdən jurnalistin işinə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngülləşdirilməsini istəyib.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.