Yuxarı

Rasim Quliyev: “Bugünkü məhkəmə birbaşa bizə aid olmayan məsələdir"

​Rasim Quliyev: “Bugünkü məhkəmə birbaşa bizə aid olmayan məsələdir"
Bakı şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev məhkəmədə ifadə verməsi ilə bağlı mətbuatda yayılan informasiyalara münasibət bildirib.

"Report"un xəbərinə görə, Rasim Quliyev bildirib ki, hüquqi demokratik dövlətdə bütün problemlər hüquqi müstəvidə həllini tapmalıdır.

“Məhkəmə hüquqi dövlətin dayaqlarından biridir. Hər bir vətəndaşın və məmurun borcu hüquqi dövlətin önəmli qurumlarından biri olan məhkəmənin suallarını cavablandırmaqdır. Mən çalışdığım zamanda da şahid qismində məhkəmənin suallarını cavablandırmaqdan heç vaxt çəkinməmişəm və bir vətəndaş olaraq da lazım gəldiyi zaman, indi də məhkəmənin istənilən suallarını cavablandırmağa hazıram. Haqqında sözü gedən məsələyə gəldikdə, bildirmək istəyirəm ki, bu, birbaşa bizə aid olmayan məsələ idi və məhkəməni maraqlandıran suallar aydınlaşdırıldı ”, - sabiq aparat rəhbəri qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi