​Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər cərimə kamerasına salınıb

​Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər cərimə kamerasına salınıb Vəkil: "Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyik"
Hadisə
256
5 Fevral , 2016 13:44
​Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər cərimə kamerasına salınıb

Bakı. 5 fevral. REPORT.AZ/ Ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev cərimə kamerasına yerləşdirilib.

Bu barədə "Report"a S.Mustafayevin vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Vəkil bildirib ki, bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında hüquqlarını müdafiə etdiyi şəxslə görüşüb: "Həmin şəxslər fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdən sonra "kars"a salınıb".

Vəkil təqsirləndirilən şəxslərin cərimə kamerasına salınmasının Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə yaşanan münaqişə ilə izah olunduğunu deyib. B.Hacıyev cərimə kamerası qərarı ilə razılaşmadığını, bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyini söyləyib.

Qeyd edək ki, fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Əliyevin hüquqi varisinin müdafiəçisi Fariz Namazlının həkimlərin məhkəmədə ifadə vermələri barədə vəsatətinə baxılıb. Vəsatət təmin edilməyib. R.Əliyevin valideynləri, həmçinin təqsirləndirilən şəxslər və yaxınları buna ciddi etiraz edib, məhkəmə zalında səs-küy yaranıb.

Son xəbərlər

Orphus sistemi