Ramil Usubovun oğlunun yerinə təyinat oldu

Ramil Usubovun oğlunun yerinə təyinat oldu Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Hadisə
10 Fevral , 2020 13:25
Ramil Usubovun oğlunun yerinə təyinat oldu

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report” xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Arzu Heydərov tutduğu vəzifədən azad olunaraq DİN-in Baş Cinayət Axtarış İdarəsinin (BCAİ) rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Vilayət Eyvazovun əmri ilə DİN BCAİ-nin rəis müavini, polis polkovniki Raul Usubov işdən azad olunaraq Qaradağ Rayon Mühafizə İdarəsinin rəisi təyin edilmişdi.

Son xəbərlər

Orphus sistemi